Əsas səhifə

İnancı Sorğulayan Film: P.K.

Bir şərh yazın

Qərara aldım ki,bundan sonra blogda bəzi filmləri təhlil edək.Çünki film vasitəsilə adam fikrini daha rahat çatdıra bilir.Necə ki,bəzən öz fikrivi aydın bildirmək istəyərkən bəzi atalar sözü,məsəllərdən istifadə edirsən,mən də fikirləşdim ki belə daha maraqlı,daha münasib olacaq..İlk seçdiyim film bir çoxlarının bəyəndiyi aktyor AamirKhan`ın baş rolda oynadığı P.K. filmidir.Bu filmin də rejissoru elə 3 İdiot filmindən tanıdığımız Rajkumar Hirani’dir.Filmləri həqiqətən uğurlu və ibrətamizdir.Bu filmdə də bu adam cəmiyyətə filmin dili ilə mesaj vermək istəmişdir.Bu yazını həmdə blogda ən son yazı olan “İnsan niyə inanmaq istər”in davamı kimi də düşündüm.Fikirləşirəm ki bu filmi hamı izləməlidir.

f6b5c5e2d2e5ad3b3e8a8724051e8a8d

Bilirsiz ki,bütün dövlərdə olduğu kimi elə son zamanlar da inanc sistemi üzərinə dini qruplar insanları istismar edir.İnsanın beyni o qədər yuyulur ki,hətta ona diktə olunanları özü könüllü surətdə icra edir.Əgər dinlər haqqında bilginiz yoxdursa,onda nəyə inanacağınızı haradan biləcəksiz?Əlbəttə ki,dindən imandan danışıb dini sizə başa salmağa çalışan biri çıxacaq qabağınıza.Amma bunun fərqindəmisiniz ki,bu dini sizə çatdırmaq istəyənlər həqiqətdə olanımı sizə çatdırır yoxsa olmasını istədiklərinimi?!

Film ilk çıxdığı gündən etibarən bir çox dinin cəm olduğu ölkə olan Hisdistanda böyük səs-küyə səbəb olmuşdu..Çünki filmdə bəzi saxtakar “dinbaz”ların kinayəli şəkildə tənqidi filmin əsas sujet xətti idi..Bu da təbii ki bir çox insanda qıcık yarat(malı)dı..Ancaq film heç bir dini nə aşağılamaq,nə də hansınısa qabartmaq niyyətiylə çəkilmiyib…Viziona çıxmazdan öncə filmin bəzi posterləri və treylerini izləyən kütlə AamirKhan`nın bu filmdə hansısa sərxoş adamı canlandıracağını düşünürdülər 🙂 Çünki Filmin vizion tarixi açıqlananda adı Peekay olaraq qeyd edilmişdi.Bu söz hindistanda sərxoş adamlara deyilən ifadədi..”Peena” içmək mənasındadır.Çoxları bu zənndə olarkən AamirKhan kimi ibrətamiz filmlər çəkən müsəlman aktyora belə bir rol yaraşdırmırdılar..Amma xəbərləri yox idi ki,AamirKhan hansısa yad planetdən gələn bir varlıq rolunu ifa edəcək.Filmin ayrı ayrı hissələrini təhlil etməzdən öncə filmi izləməyənlər üçün filmin mövzusunu ümumi olaraq şərh edək.Deməli bu film başqa planetdən gəlib şəhərdə özgə olan şəxsin düşüncələrinin komediyasıdır.P.K. heç kimin soruşmadığı suallları soruşur,heç kimin diqqət eləmədiyi elementar mövzulara dəyir.Bu ritorik suallar qarşısında insanlar öz monoton həyat tərzlərini gözdən keçirirlər.Peekay`ın bu uşaq kimi verdiyi sualları özü ilə yanaşı bir çoxlarını mənəvi bir “səfərə” çıxarır.Filmdə belə deyərləsə bəsit fəlsəfi fikirlərlə yanaşı izləyicini yormamaq üçün zövq oxşayan hind musiqiləri,hər filmdə olan danslar(hətta arabaların da dansı 😀 ),aşiq-məşuq,gülməli səhnələr yer alıb…Bundan sonrasını filmə baxmayan xahiş edirəm oxumasın..Baxandan sonra daha maraqlı gələcək əvvəlcədən deyim..İndi keçək başdan sona filmin ayrı-ayrı hissələrinin bizim real həyatda oxşar təhlillərinə…

Ardını oxu… Daha çox

İnsan niyə İnanmaq istər?

Bir şərh yazın

 Tarixən bütün sivilizasiyalarda inanc və bunun üzərinə dini rituallar    olmuşdur.Mələklərə və şeytanlara inanmaqdan,qara pişiyin önündən  keçməsinə,”göz  dəymə”sinə,13 ədədinin uğursuzluğuna,yad planetli varlıqların  mövcudluğuna,lotoreyada topazda böyük məbləğ udmağa qədər bir çox inanca sahibik.

1-cugodip4p1ta-kwj53cj0q

Ancaq unutmaq lazım deyil ki,insanda idrak mexanizması var.İdrak mexanizması insan doğduğu andan etibarən  işləyir və həyatı boyunca davam edir.Yeni doğan bir körpə böyüdükcə maraqla hər şeyi öyrənməyə,qurcalamağa başdıyır,ağlına hər gələni soruşur.Öyrəndikcə yeni bilgilərin arxasıyca düşür.İnsanoğlu həyat boyunca yeni yeni hadisələrə qarşılaşır və yeni təcrübələr yalnız idrakla qazanır.

İnsanlar idrak etdikcə “böyüyür” inkişaf edir.Yeniliklər insanın bu idrakının təkamülündə vasitəsdir.Yeni bir ehtiyac,yeni bir hiss,yeni bir məna.Ancaq hansı yolla olur olsun bütün idraklar beyinlə başlıyıb beyinlə sonlanır.Təcrübə,yaşanan hadisələr əsasında beynin sorğulayıb nəticə çıxarması nəticəsində əldə edilir.Beyin istifadə edilmədən bilgi əldə edilə bilməz.İnsanın heyvandan fərqi də düşünə və sorğulaya bilməsidir.Heyvanlar düşünmədən nəsillərdir eyni şəkildə yaşıyırlar.Düşünmədən ehtiyyaclarını ödəyib çoxalırlar.Bizlər əgər heyvanlardan fərqli isək bizə lütf olunan bu beyindən isitifadə edib sorğulamalı,araşdırmalı və idrak etməliyik.

Təssüf ki,insanlara yaşamaq üçün təqdim edilən sistem insanlığın idrak mexanizmasını ört-bastır etmək,əngəlləmək üçündür.Necə ki təbiətdə heyvanlar sadəcə ehtiyacları üçün yaşıyır eləcədə insanlara ehtiyac təməlli bir yaşayış diktə edilməkdədir.Dünyadakı İnanc və Para Pul sistemləri də bu sistemin 2 böyük silahıdır.İnanc sistemi insanları sual soruşmaqdan,soğulamaqdan,dərininə gedib düşünməkdən,axtarmaqdan saxlıyırsa digəri Pul sistemi insanı ehtiyac iyerarxiyasına daxil edib tam olaraq istehlak üzərinə bir mədəniyyət aşılamaqdadır.

Bu yazdığım əsas mövzuya bir giriş idi.Xüsusilə dini inanclara toxunmaq istərdim.Yalnış Din təbliğatı ilə insanlar cəhalətə yönləndirilir,aldadılırlar.Hətta din təbliğ edənlərin bəziləri özləri belə bu sistemin qurbanı olub fərqində belə deyillər.Əli Şəriəti “Dinə qarşı Din” adlı kitabında küfrün açıqlamasını belə deyir:”Küfr ərəbcədən örtmək anlamındadır.yəni həqiqətin üstünü örtmək..İnsanın qəlbində bir nur həqiqət var.Bir yalnış əməllər bu həqiqətin üstünü örtür,birdə yalnış din..” 
Davamını Oxu Daha çox

Təkamül Nəzəriyyəsi doğrudurmu ?! [2]

2 Şərh

Bundan əvvəlki yazıda təkamülçülərin iddialarının niyə doğru olmadığını aydınlaşdırmış olduq.Yazı üçün müsbət şərh yazanlara təşəkkür edirik.İndi isə həmin yazının ardı olaraq bəzi şübhələri və təkamülçülərin nəzərə almadıqları məsələləri sizinlə paylaşırıq.Bu paylaşım məncə yerdə qalan bütün suallara aydınlıq gətirəcək.Ümid edirəm səbrlə sonacan oxuyacaqsız..

humchi

Meymun ilə İnsan genetikasının bir-birinə bənzəməsi:  DNA insanın görünüşünü təyin edir yoxsa insanın fiziki görünüşü DNA-nın quruluşunu təyin edir ?! Meymun ilə insan genetikası arasıdnakı əlaqəni müəyyən etmək üçün ilk öncə bu suala cavab tapmalıyıq.Başınızı çox qarışdırmadan sadə bir misalla məsələni izah etməyə çalışaq.Çoxlarına məlum olan belə bir sual var.İlk öncə toyuq yoxsa yumurta yaranıb ?! Bu suala siz necə cavab verərdiz ? 🙂 DNA ilə fiziki görünüşümüz arasındakı fərq budur.İkisidə eyni şey deyil, hadisənin özünə, başlanğıc nöqtəsinə qayıtdığımız zaman hər ikisi çox fərqlidir və çox fərqli fikirləri ortaya çıxarar.Təkamülçülər ilk öncə DNA-nın yaradıldığını iddia edirlər.İslam isə ilk öncə fiziki quruluşun yaradıldığını iddia edir.İslam dininə görə Allah bütün canlıları yoxdan var edər və bu canlıların görünüş şəklini,vücudlarının işləmə funksiyalarını müəyyən edən informasiyaları onların DNA-larına yerləşdirər.Bu DNA sayəsində həmin canlıların gələcək soylarının da eyni fiziki quruluş cizgisində qalması təmin edilər.Allah yerüzünü müəyyən fiziki qanunlar üzərində inşa edib,Və bu qanunlar sayəsində bütün hadisələr nizama uyğun olaraq Allahın müdaxiləsinə məruz qalmadan dönüb gedər.DNA-nın yaradılışı da bu nizamın bir parçasıdır.DNA sayəsində bütün canlılar Allahın ilk yaradılış şəklinə bağlı olar və həmin canlıların eyni quruluş üzərində törəməyə davam etməsi təmin edilər.Fiziki qəlib(quruluş) DNA-dan əvvəl yaradıldığı üçün canlıların özlərini onların fiziki qəlibləri müəyyən edər,DNA-ları yox.

DNA`nı fiziki qəlib və bədən funksiyalarının güzgüsü olaraq düşünək,onun içə və çölə əks olunması kimi var saysaq onda sizcə eyni görünümə sahib olan insanlar güzgüdə bir-birinə bənzəməzmi ?!  Elə bu səbəbdən qəlib və bədən funksiyaları bir birinə bənzəyən heyvanların güzgüsü də (DNA-sı) bir birinə bənzər.Bu bənzərlik eyni soydan gəldiklərinə görə yox,eyni fiziki quruluş üzərində yaradıldıqları və bədən,iç orqanları eyni mexanizm üzərində işlədiyi üçündür.

Ardını Oxu

Daha çox

Təkamül Nəzəriyyəsi doğrudurmu ?! [1]

2 Şərh

Təkamül nəzəriyyəsi haqqında əvvəllər o qədər də maraqlanmırdım.Son vaxtlar facebookda səhifələrdə,qruplarda,googleda axtarış etməklə bır sıra məlumatlar öyrəndim.Bir neçə gündü bu nəzəriyyə haqqında araşdırma edirəm.Həqiqətəndə çox maraqlı məlumatlar əldə etdim.Onları sizinlə paylaşmaq istədim.Düzdür yazı biraz uzun olacaq.Ancaq oxuduqca heç sıxılmayacağınıza zəmanət verirəm 🙂 İnternetdə bir elm adamının yazılarına rastladım.Onun fikirləri həqiqətəndə məni cəlb elədi.Suallarıma cavabı tapdım onun yazılarıyla.Xeyr səhv fikirləşməyin bu adnan oktar deyil 🙂 Başqa bir elm adamıdır və yazıları adnan oktardan fərqlənir..Çox uzatmıyım onun yazılarını sizə tərcümə edib öz aləvələrimlə sizinlə paylaşıram.Bu yazıyla kiminsə fikrini dəyişdirmək fikrim yoxdur.Hərənin öz fikri öz məntiqi öz düşüncələri var.Sadəcə mənə maraqlı olan faktları paylaşıram.

224047_440650055994417_674864936_n

Əvvəl onu deyim ki,İslam dini ilə təkamül nəzəriyyəsi biri biri ilə ziddiyyət təşkil edir.Biri  yerin göyün arasındakıları Allah yaradıb deyir,digəri isə Allah kimi bir yaradıcıya ehtiyyac duymur və yerin göyün arasındakıların təsadüfən meydana gəldiyini düşünür.Əgər müsəlmansınızsa bu fikirlərə diqqət edin.İslam dini yerin göyün və arasındakıların yaradılmasını geniş izah edir.Əgər özünüzə müsəlman deyirsizsə onda kefinizə görə “ay mənim məntiqim filan şeyi qəbul etmir” deyə fikirləşməyin.Mümkündür ki zamanla sizə qaranlıq olan məsələləri anlayacaqsınız.Yoxsa hal-hazırda məntiqinizin qəbul etmədiyi fikirləri tez bir kənara qoyub onu təkamül nəzəriyyəsi ilə doldurmayın.Çünki dindən çıxma təhlükəsi ilə qarşı qarşıya qalacaqsınız.Təbii ki İslam məntiq dinidir.Hər şeyin məntiqlə izahını verir və Kimsəyə demir ki düşünmədən nəyisə kor korənə qəbul et.Ona görə elmi cəhətdən niyə təkamül nəzəriyyəsinin doğru olmayacağının izahını verməyə çalışaq..

İnsan Meymundanmı törədi ?Xeyir

Təkamül Nəzəriyyəsi doğrudurmu ? – Xeyir

Təkamül nəzəriyyəsi nədir ?Təkamül nəzəriyyəsi yer üzündə yaşayan bütün canlıların çox bəsit mikroorqanizmlərdən törədiyini və bu bəsit mikroorqanizmlərdən daha kompleks heyvanlar yarandığını və bunlardan  da zamanla daha fərqli heyvanlar törədiyini iddia edir.İnsanın da Meymun soyundan gəldiyini bildirir.

Nəzəriyyə nədir ? -Çox sayda müşahidə və təcrübələr ilə dəstəklənəbilən bir hipotezə,fərziyyəyə nəzəriyyə deyilir.

Təkamül Nəzəriyyəsi təcrübələr əsasında sübut olunubmu ?Xeyir.Təkamül nəzəriyyəsinin elmi açıqlaması yoxdur.Genetik quruluşun dəyişimlərə uğraması elmi cəhətdən izah olunur Amma bunun bir varlığı başqa bir varlığa çevirməyi sübut olunmayıb.Milyonlarca il əvvələ aid sümüklər tapılır,bu elmi cəhətdən düzdür.Ancaq bunların hal hazırdakı varlıqların atası olması iddiasını elm təstiq etmir!

Yaradılışla bağlı Dini açıqlamalar Nəzəriyyədirmi ?Teorilər,nəzəriyyələr elmi təcrübələrdən keçdikdən sonra ortaya atılır.Bu haqda Dini açıqlamaları hal-hazırda elmin təcrübələriylə eyniləşdirmək mümkün deyil.Ancaq bütün dünya təkamül kimi bir nəzəriyyəni elmi açıqlaması olan bir nəzəriyyə olaraq qəbul edirsə,onda bizdə onların qoyduğu bu ölçüyə görə dini açıqlamaları elmi nəzəriyyə olaraq ortaya atıb müdafiyə edə bilərik.

Mutasiyalar ilə cəmiyyət necə aldadılır ?!

Elm dünyası təkamül nəzəriyyəsində genetik quruluşun zaman zaman dəyişimə uğradığını və bundan da daha fərqli canlıların meydana gəldiyini,törədiyini iddia edir.Bunu edəndə də iddianın lehinə olan məlumatlar axtarır,digər bilgilərin üzərindən isə keçərlər.Çünki sərf etmir.Bəli doğrudur,genetik quruluşumuz davamlı olaraq dəyişimə uğrayır.Ancaq bu dəyişimlər huceyrə əsasında inkişaf edir və  funksiyasını pozan bir heceyrə də əksəriyyətin mənfəəti üçün özünü belə deyərlərsə intihara sürüklüyür.Bəli heceyrələrimiz davamlı olaraq mutasiyaya uğrayır ancaq siz gün ərzində 50-70 milyard hüceyrənin öldüyünü bilirdinizmi ? Amma mutasiyaya uğramış və ya vəzifəsini tamamlamış hüceyrələrin öldüyü məlumatı sizə izah edilməz.Bu təkamülçülər bədənimizin hüceyrə əsasında olan bu dəyişimlərə göz yumduğunu və hüceyrənin bu dəyişimə uğramaq üçün fürsət axtardığını sanırlar 🙂 Ancaq bu təkamülçülərin yanıldığı ən böyük məsələlərdən biridir.Çünki onlar hüceyrədəki bu dəyişimlərin müstəqil olaraq gerçəkləşdiyini və vucudumuzun digər orqanlarının buna göz yumduğunu və reaksiya verməkdiklərini düşünürlər.Bu da insan fiziologiyasına ziddir! Hüceyrələr nə öz başlarına hərəkət edər nə də zözbaşalrına yaşayarlar.Onlar eyni vəzifəni görən milyardlarca fərqli hüceyrə topluluğu ilə birlikdə yaşayıb birlikdə hərəkət edərlər.Əgər bu hüceyrələrdən birisi birgün mutasiyaya uğrayarsa onda o hüceyrə “mən daha azadam,istədiyimi edərəm” deməz,o “mənim bu dəyişimim aid olduğum (məsəlçün) filan əzələyə necə təsir edər” deyər 🙂 Əgər bir hüceyrə mutasiyaya uğrayıb vəzifəsini yerinə gətirməmək halına düşərsə onda digər hüceyrələrin işinə,vəzifəsinə təsir etməmək üçün özünü öldürər,intihar edər.Bəli elə bu səbəbdən gün ərzində 50 milyardan çox hüceyrə aid olduğu orqanda belə deyərlərsə “ictimai nizamı” pozmamaq üçün özünü fəda edir.Təkamülçülər elə zənn edirlər ki hüceyrə də öz mənfəətini güdən insanlar kimidir.Bəli təkamülçülər fərdi mənfəətin ictimai  nizamdan üstün olduğunu iddia edirlər və bir hüceyrə topluluğunun tək bir fərdə boyun əydiyini bildirirlər. Bunu insanlar üçün deyə bilərik bəlkə,ancaq hüceyrə əsasında əsla.Bu təkamül nəzəriyyəsinin ən böyük yanılğılarından biridir!

genetik_mutasyon_obeziteye_yol_aciyor_h13732

Ardını Oxu

Daha çox

Quranda adı keçən Əlif-Lam-Mim kəlmələrinin sirri

5 Şərh

Bismillahir Rəhmanir Rəhim

Qurani Kərimdə Bəqərə,Ali-İmran,Rum,Loğman,Ənkəbut,Səcdə sürələrinin ilk ayələrində adı çəkilən bu kəlmələrin mənası bir çoxlarına maraqlıdır.Bəli təkcə bu hərflər deyil.Bəzilərimizin bildiyinə görə bu hərflər Allahın adında olan hərflər olduğuna görə Quranda gəlib.Allahın adını zikr etmək üçün.Mən biraz başqa yöndən araşdırdım və çox maraqlı nəticəyə gəldim.Onu sizin paylaşıram.Şəkildəki hərflərə Diqqət edin!

998269_466033466822763_994774453_n

Əlif”(Allah) “Mim”(Məhəmməd) “Lam” Muhəmməd(s)-a tərəf oxa işarədir..Yəni bu ox Allahdan Quranın Muhəmməd(s)-a doğru göndərildiyini ifadə edir…İndi izah edim.Əlif bildik ki Allaha işarədir(onun təkliyinə).“Mim” hərfi Əbcəd hesabı deyilən bir hesabda 40 rəqəminə işarədir.Məhəmməd (s) da peyğəmbərlik 40  yaşında verilib.(Əbcəd hesabında “Əlif” 1 rəqəminə işarə idi).İndi “Lam” həfinə diqqət edin.Yuxarıdan aşağı doğru gəlir(bu Allahdan peyğəmbərə Quranın nazil olmasına işarədir) və “Mim” hərfinə tərəf dönərək ona birləşir.Yəni bu hərflər Qurani Kərim “Tək olan Allahdan Peyğəmbərin qəlbinə nazil olmuşdur” cümləsini ifadə etmiş olur 🙂

Orucun Tibbi Faydaları

Bir şərh yazın

Bismillahir Rəhmanir Rəhim

İlk öncə sizləri mübarək Ramazan ayının gəlişi münasibətilə təbrik edirəm.Bu gözəl ayda bütün günahlardan uzaq olmağı,təqvalı olub doğru yolda möhkəmlənməyi arzu edirəm.Bu yazıda istəyirəm Orucun bəzi faydaları haqqında yazam.Çünki bəziləri yalnış məlumatlarla orucun ziyan olduğunu qeyd edirlər.Təbii ki belə bir şeyin olması mümkün deyil.Bunu tibb deyir.Avropa alimləri təstiq edir.Orucun hər cəhətdən faydalı olduğunu qeyd edirlər.Hal-hazırda bir çox araşdırma mərkəzlərində orucla bərabər dəstəmaz-namazın faydaları öyrənilməkdədir.Almaniyada açılmış bir sıra klinikalarda bəzi xəstəliklər oruc vasitəsilə müalicə olunur.

1940 Nobel Tibb mükafatını alan məşhur elm xadimi Dr.Alexis Carrel “L`Hamme,Cet İnconnu” adlı əsərində: “Oruc zamanı bədənimizdə yığılmış qida maddələrinin istifadə edildiyini,sonradan bunların yerinə yenilərin gəldiyini,beləcə bütün bədəndə bir yenilənmə olduğunu və orucun sağlamlıq baxımından çox faydalı olduğunu” söyləmişdir

Alexis Carrelin Kitabını bu linkdən yükləyə bilərsiz.Oruc haqqında ətraflı səhifə 95(sonunda) yazırhttp://runamux.net/search/view/office/aJOtPUU6/Alexis_Carrel__L_homme_cet_inc.html

Həkimlərin müəyyənləşdirdiyinə görə, orucun həzm sisteminə təsiri fövqəl dərəcədə böyükdür. Ağız, tüpürcək vəzləri, udlaq, qida borusu, mədə, 12 barmaq bağırsaq, qaraciyər, mədəaltı vəz kimi mühüm orqanlardan təşkil olunmuş həzm sistemi bir komputer kimi fəaliyyət göstərməkdədir. Avtomatik surətdə idarə olunan bu sistem gün ərzində uzunmüddətli iş rejiminin, əksər hallarda əsəbləşmənin və düzgün qidalanmamağın nəticəsində taqətdən düşür və öz həyati funksiyalarını lazımınca yerinə yetirə bilmir.

Oruc tutmaqla həzm sistemi ildə bir ay dincəlir. Əsl möcüzəli təsir isə qaraciyərlə bağlı müşahidə olunur. Maraqlısı bundadır ki, orucdan başqa digər pəhrizlər yuxarıda dediklərimiz baxımından kifayət deyil. Çünki hətta 10 qramlıq bir maddənin belə orqanizmə daxil olması həzm sistemini hərəkətə gətirir, bu mənada demək olar ki, məhz oruc sayəsində həzm sistemi dincəlir.

Müəyyən olunub ki, orucun qaraciyərə başqa bir təsiri qan vasitəsilədir. Qaraciyərin ən mühüm funksiyalarından biri qəbul edilən qida ilə ifraz olunan qida arasında müvazinət yaratmaqdır. Bu baxımdan oruc tutularkən gündüzlər qida qəbul olunmadığından qaraciyər istirahət edir və bu müddət ərzində immunitetin güclənməsinə səbəb olan həyati əhəmiyyətli qlobinlər hazırlayır.

Sən demə, başqa aclıq hallarından fərqli olaraq, Ramazan ayında niyyət etdikdən sonra iftara kimi gün ərzində mədə şirəsinin ifrazı da dayanır. Bu isə öz növbəsində mədənin dincəlməsinə və həzm sisteminin yaxşılaşmasına səbəb olur.

Oruc tutmağın bağırsaqların fəaliyyətində oynadığı müsbət rolu da qeyd etmək lazımdır. Çünki oruc tutarkən, bağırsaqlar şirə ifrazını dayandırır və bağırsaqların hərəkət edən əzələləri istirahət edir. Bağırsaqların daxili divarları altında mühafizə sisteminin bir hissəsi olan xovların yerləşdiyini bilirik. Oruc sayəsində həmin xovlarda sözün əsl mənasında bir təftiş (həyəcan) həyata keçirilir.

Oruc və onun faydaları ilə bağlı geniş elmi araşdırmalar aparan doktor Bertholef “Oruc – bıçaqsız əməliyyatdır” demişdir

Professor Əl-Ravi qeyd edir ki, “Oruc bədənin xəstəliklərə qarşı müqavimətini artırır və müasir tibb elmi orucdan xəstəliklərə qarşı qoruyucu vasitə və bir dərman kimi istifadə etməkdədir”.

Dünya şöhrətli professor Vidfor Rayxetin fikirincə: “İlin müəyyən vaxtlarında müsəlmanlar kimi oruc tutun. Çox vaxt ac qalıb ərik suyu için ki, mədəniz dincəlsin”.

Alman həkimi Day Zayt deyir: “Bizim hələ yenicə “kəşf etdiklərimiz” hələ 1400 il əvvəl Qurani-Kərimdə orucla əlaqədar ayələrdə verilmişdir. Müqəddəs mətnlərdə düzgün olaraq buyurulmuşdur ki, çox yemək pisliklərin atasıdır. Mədəsini dolduran şəxs heç vaxt sağlam ola bilməz. Deyilənlər İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) “Oruc tutun ki, sağlam olasınız” hədisini bir daha təsdiqləyir.

Britaniyada dərc olunan jurnalda tibbi araşdırmaçı Norin Kastemin araşdırması:

Bir sözlə, orucun tibbi baxımdan insan orqanizmi üçün nə qədər faydalı olduğu göz qabağındadır. Bütün bunları sadalamaqda məqsədimiz diqqətinizi ancaq orucun dünyəvi faydalarına yönəltməklə onun əsl mahiyyətindən, ilahi fəlsəfəsindən uzaqlaşdırmaq deyil, əslində ilahi hikmətə söykəndiyini vurğulamaqdır. Həqiqətən də, insanların əməllərinin necəliyi ilə bağlı İlahi göstərişlərdə bir hikmətlilik vardır. Ola bilər, biz bu hikməti anlayaq, ola bilər yox. Lakin biz müsəlmanlar ona arxayınıq ki, Allah-Təala namaz qılmaq, oruc tutmaq və s. kimi əməlləri əbəs yerə vacib buyurmayıb. Çünki bu yol insanı kamala və səadətə çatdıran yeganə yoldur. İlahi, bizi həqiqi oruc tutanlardan, təqvalılardan qərar ver! Amin!

Həcc surəsi 47: Düşünən qəlblər

10 Şərh

Bismillahir Rəhmanir Rəhim

Bir çox ateist-agnostik saytlarda müsəlmanlarla dinsizlərin mübahisə etdiyi məsələlərdən biri Qurandakı ayədə “Düşünən Qəlblər” ifadəsinin olmasıdır.Məlumdur ki,biz ağlımız beynimizlə fikirləşirik.Bəs niyə Quran bu ayədə beyindən yox da ürəkdən bəhs edir ?! Mənim şəxsi fikrimcə Quran həm zahiri həmdə batini mənadan bəhs edir.Yəni batini mənası odur ki qəlb sözü Quranın əksər yerində məcazi mənada “ruh” sözü ilə sinonim işlənmişdir.Zahiri mənasını aşağıdakı kimi izah edirlər

999323_352732521522879_387707863_n

Deməli həmin Quran ayəsini və trankripsiyasını yazıram:

Həcc surəsi ayə 46Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

“Ə fə ləm yəsîrû fîl ərdı fə təkûnə ləhum kulûbun ya’kılûnə bihâ əv âzânunyəsməûnə bihâ, fə innəhâ lâ ta’mal əbsâru və lâkin ta’mal kulûbullətî fîs sudûr(sudûri)”

1. ə fə ləm yəsîrû : dolaşmırlarmı (dolaşmırlarmı, gəzmirlərmi)
2. fî əl ardı : yer üzündə
3. fe təkûnə : o zaman olar,olsun
4. ləhum : onların
5. kulûbun : qəlblər
6. ya’kılûnə : fikirləşənlər,ağıl sahibləri
7. bi-hâ : onunla
8. ev : vəya
9. âzânun : qulaqlar
10. yəsmeûnə : eşidirlər
11. bi-hâ : onunla
12. fə innə-hâ : fəqət o
13. lâ ta’mâ : amma (kor) deyildir
14. əl əbsâru : gözlər
15. ve lâkin : ve lakin, fəqət
16. ta’mâ : amma (kordur)
17. əl kulûbu : qəlblər
18. əllətî : o ki
19. fî əs sudûri (es sadru) : sinələrdə

Bu ayəni təbii ki təfsirçilər məcazi mənada düşünən ürək kimi qəbul etmişlər.Bir tərəfdən də təfsirlərin birində qeyd olunur ki ərəbcə qəlb sözü eyniylə beyin sözü ilə eyni mənada işlənir.Misal üçün ay mənasını verən “kameran” kəlməsi həmdə günəş mənasında işlənir.Burdada belə..Ancaq mənim diqqətimi “sinədəki ürəklər” kəlməsi çəkdir.İrad bildirənlər deyirlər ki qədim zamanlardan da insanlar insanın beyni ilə deyil ürəyi ilə fikriləşdiyini düşünürdülər.İncil və Tövratda da bu ifadələrin keçdiyini deyirlər.Hətta Misirdə mumyalama zamanı beyni çıxardıb ancaq ürəyə toxunmurdular ki tanrı ilə sorgu sualı ürəklə edəcək insan..Bəli həqiqətəndə çox maraqlı məqamdır.Niyə bəs belə düşünürdülər ?! Hardan bilir və hardan əmin idilər?! 

Məncə bu təsadüf olamaz.Çünki bəzi alimlər belə qənaətə gəlmişlər ki,hal hazırda islamdan başqa mövcud olan dinlərin ilahi bir qaynağı vardır.Məsələn buddizmin.Bu din hansısa ilahi peyğəmbərin zamanından qalmadır deyə fikriləşirlər.Həmin peyğəmbərin ölümündən sonra bu din təhriflərər məruz qalmış və insanların istədikləri kimi dəyişilmişdir.Yoxsa mümkün deyil ki bu qədər insanı öz ətrafına cəm edə bilsin.İlahi qaynağı olmayan dinlər az müddət sonra aadan getmiş və yox olmuşdur deyərdik.Misirdə olanlar da həmçinin.Mümkündü ki hansısa ilahi peyğəmbərdən göstəriş almış olsunlar.Sonradan yenə deyirəm o peyğəmbərin ölümündən sonra insanlar dəyişiklik etmiş olsunlar.Bunlar mümkündür.Həm İncil Həm Tövrat Həm başqa dinlər həmçinin islamda “düşünən qəlb” anlayışının olması məncə təsadüf deyil.

Bəs necə olur axı müasir elm beyin ilə düşünməyi təstiq edir,ancaq Quran sinədəki qəlb ilə.Təfsirçilər bunu məcazi mənada desələrdə məncə burda Allah bir elmi nöqtəyə toxunmuşdur.Bizə ipucu vermişdir.Niyə sinələrdəki qəlb ?!

Biraz araşdırma etdim və çox maraqlı nəticələr əldə etdim.Buyurun sizinlə paylaşıram mənbəsi ilə.

Araşdırmam nəticəsində məlum oldu ki,Bizim ürəyimizdə 40000-ə yaxın sinir hüceyrəsi olan beyin mərkəzi yerləşir.Ürəkdəki bu beyin mərkəzi, baş beynin təyin edəcəyi vəzifələrə istiqamətləndirmə funksiyasını daşıyır..İndi Allahın hikmətini anladınızmi ? 

Bəlkə də yeni bir elmi araşdırma olduğundan çoxları bundan xəbərsizdir.Buyurun sizə mənbəni təqdim edirəm:

http://www.rcpsych.ac.uk/pdf/Heart,%20Mind%20and%20Spirit%20%20Mohamed%20Salem.pdf

Dediyimizin təstiqi üçün daha bir sayt: http://sue-adams.hubpages.com/hub/your-second-brain-is-in-your-heart

The brain in the heart:
After extensive research, Armour (1994) introduced the concept of
functional ‘heart brain’. His work revealed that the heart has a complex intrinsic
nervous system that is sufficiently sophisticated to qualify as a ‘little brain’ in its
own right. The heart’s brain is an intricate network of several types of neurons,
neurotransmitters, proteins and support cells similar to those found in the brain
proper. Its elaborate circuitry enables it to act independently of the cranial brain –
to learn, remember, and even feel and sense. The heart’s nervous system
contains around 40,000 neurons, called sensory neurites (Armour, 1991).
Information from the heart – including feeling sensations – is sent to the brain
through several afferents. These afferent nerve pathways enter the brain at the
area of the medulla, and cascade up into the higher centres of the brain, where
they may influence perception, decision making and other cognitive processes
(Armour, 2004).
Thus, it was revealed that the heart has its own intrinsic nervous system
that operates and processes information independently of the brain or nervous
system. This is what allows a heart transplant to work. Normally, the heart
communicates with the brain via nerve fibres running through the vagus nerve
and the spinal column. In a heart transplant, these nerve connections do not
reconnect for an extended period of time; in the meantime, the transplanted heart
is able to function in its new host only through the capacity of its intact, intrinsic
nervous system (Murphy, et al, 2000)

Buda elmi araşdırmanın mənbələri(bir hissəini yazıram bura,mənbələr çoxdur):

Armour J A (1991), Anatomy and function of the intrathoracic neurons regulating 
the mammalian heart. In: Zucker I H and Gilmore J P, eds. Reflex Control of the 
Circulation. Boca Raton, FL, CRC Press: 1-37. 
Armour J A (1994), Neurocardiology: Anatomical and Functional Principles, New 
York, NY, Oxford University Press: 3-19.

Cantin M. and Genest J. (1986), The heart as an endocrine gland, Clinical and 
Investigative Medicine; 9(4): 319-327. 
Childre D, McCraty R (2001), Psychophysiological Correlates of Spiritual 
Experience, Biofeedback; 29(4):13-17. 
Henry J (2005), Parapsychology, Routledge, Taylor and Francis Group: 91- 148 
Lacey J I and Lacey B C (1978), Two-way communication between the heart and 
the brain: Significance of time within the cardiac cycle. American Psychologist, 
February: 99-113. 
Lorimer D (2001), Thinking Beyond the Brain: A Wider Science of 
Consciousness; 34-80. Floris Books, Edinburgh, UK. 
McCraty R (2000), Psychophysiological coherence: A link between positive 
emotions, stress reduction, performance and health. Proceedings of the Eleventh 
International Congress on Stress, Mauna Lani Bay, Hawaii. 
McCraty R (2002), Influence of Cardiac Afferent Input on Heart-Brain 
Synchronization and Cognitive Performance. International Journal of 
Psychophysiology; 45(1-2):72-73. 
McCraty R (2004), The Energetic Heart: Bioelectromagnetic Communication Within and 
Between People, Chapter published in: Clinical Applications of Bioelectromagnetic 
Medicine, edited by Rosch P J and Markov M S. New York: Marcel Dekker: 541-562 
McCraty R, Atkinson M, Bradley RT (2004, a), Electrophysiological Evidence of 
Intuition: Part 1. The Surprising Role of the Heart, Journal of Alternative and 
Complementary Medicine; 10(1):133-143.

Şirin və Duzlu dənizlər hansılardır ?!

5 Şərh

Bismillahir Rəhmanir Rəhim

Bəzilərinin irad bildirdikləri mövzu Quranda “şirin və duzlu dənizlər” mövzusudur.Əslində məndə hamı kimi Cəbəllütariq boğazı kimi bilirdim bu məsələni ancaq məsələni araşdırandan sonra çox şey aydın oldu mənə.Bu əslində qısa yazılacaq,qısa konkret cavab veriləcək mövzu deyil.Ona görə xahiş edirəm ətraflı izahı sonra qədər oxuyun.Sona qədər oxumasaz heçnə anlamıyacaqsız.Deməli Qurani-Kərimdə bu mövzuda 3 ayənin adı çəkilir:

1) Fatir sürəsi ayə: 12
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.

2) Rəhman sürəsi ayə:
19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
22. Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.

3) Furqan sürəsi ayə: 53
Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!

İlk əvvəl 6 Əsr əvvəl Plini açıqlamasının izahı:

Bəziləri Məhəmməd Peyğəmbər(s)-dan 550 il öncə yaşamış olduğu deyilən Gaius Plinius Secundusun(23-79 illər) Naturalis Historia əsərində şirin və duzlu suların qarışmamasını yazdığını bildirirlər.Həmin əsəri internet üzərindən araşdırdım və Kitabın tam versiyasını(I,II) ingiliscə tapdım.Həmin səhifədə düzdür ki dəniz suyu və şirin su haqqında məlumat verilirdi.Ancaq ateist türk saytlarında olan tərcümə ilə eynilik təşkil etmirdi.Yalandan özlərinə lazım olan hissəni tərcümə ediblər,özü də səhv tərcümə.Sizə həmin kitabın(saytın) linkini yazıram və həmin səhifəni bura copy edirəm.Həmçinin türkcə olan tərcüməni də atesilərin saytından copy edirəm:

Türkcə olan tərcümə:
…Denize bir borudan akar gibi karışan tatlı suyun özellikleri daha da ilginç ve harikadır. Çünkü suda hayret edilecek özellikler vardır. Kendisi daha ağır olan deniz suyu, kendisinden daha hafif olan tatlı suyu üzerinde taşır. Dolayısıyla tatlı su, deniz suyundan hafif olduğu için deniz suyuna karışmaz ve denizin üzerinde yüzer. (Gaius Plinius Secundus, Naturalis Historiae II, CVI 224)

İngilsicə kitabdan mətnin əvvəli:
BOOK II. cvi. 224-226
Sayt: http://archive.org/stream/naturalhistory01plinuoft/naturalhistory01plinuoft_djvu.txt

This is rendered more remarkable by springs of fresh water bubbling out as if from pipes on the sea shore.In fact, the nature of water also is not deficient in marvels.Patches of fresh water float on the surface of the sea, being doubtless lighter. Consequently, also sea water being of a heavier nature, gives more support to objects floating upon it. But some fresh waters too float on the surface of others; cases are the river carried on the surface of Lake Fucino, the Adde on the lake of Como, the Ticino on Maggiore, the Mincio on Garda, the Ollio on Lago d’Iseo, the Rhone on the Lake of Geneva (the last North of the Alps, but all the rest in Italy), after a passing visit that covers many miles, carrying out their own waters only, and no larger quantity than they introduced. This has also been stated in the case of the river Orontes in Syria and many others. But some rivers so hate the sea that they actually flow underneath the bottom of it, for instance the spring Arethusa at Syracuse, in which things emerge that have been thrown into the Alpheus which flows through Olympia and reaches the coast in the Peloponnese.Instances of rivers that flow under ground and come to the sm-face again are the Lycus in Asia, the Erasinus in the ArgoUd and the Tigris in Mesopotamia; and objects thrown into the Spring of Aesculapius at Athens are given back again in Phaleron Harbour.
Also a river that goes under- ground in the Plain of Atinas comes out 20 miles further on, as also does the Timavus in the district of Aquileia. In Lake Asphaltis in Judaea, which produces bitumen, nothing can sink, and also in the Aretissa in Greater Armenia ; the latter indeed is a nitrous lake that supports fish. A lake near the town

Əslində tərcümə:
Şirin suyun dənizə bir borudan axırmış kimi tökülməsi heyranedici görsənir.Əslində,suyun xarakteri kifayət edəcək şəkildə möcüzəli deyil.Şirin su sahəsi şübhəsiz ki yüngül olduğuna görə dənizin üzərində üzür.Beləliklə dəniz suyu ağır xüsusiyyətə sahib olduğundan üzərində (şirin)suyun üzməsinə kömək edir(səbəb olur).Ancaq bəzi şirin sular (dənizdən)başqalarının səthində də olur.o hallda ki …..(bu cümlənin tərcüməsini tam yazmıram çünki İtaliyada Alp dağlarında olan çay və göllərdən bəhs edilir.bizə lazım olan dəniz çay suyudur)..

-Göründüyü kimi burda “qarışmaq” sözü “mix” belə yoxdur.Ancaq həmin türk saytları tərcümədə “qarışmamaq” sözünü yapşdırıblar.İndi deyəcəksiniz ki “üzərində üzürsə” deməli qarışmır.Ama üzərində üzməsi o demək deyil ki şirin su duzlu suya az da olsa qarışmır..Başqa bir məqam da ondan ibarətdir ki Kitabın başqa bir səhifəsində şirin və dəniz suyunun qarışmasını yazır.(BOOK 11. cvi. 233-cix. 235 : fresh water has to be mixed with sea water for the salt to be deposited )
Məncə istənilən adam çayın dənizə axdığı yeri müşahidə etsə şirin suyun dəniz suyundan axan yerdə fərqləndirəcək.Plinius də bunu müşahidə etmişdir güman ki..

Kapitan Cousteau və Cəbəllütariq açıqlaması:

Ən çox vurğulanan məqamlardan biri də Aralıq dənizi ilə Atlantik okeanının Cəbəllütariq boğazında bir birinə qarışmaması söhbətidir.Altından xətt çəkərək deyirəm ki bu məlumat düzgün olmayan məlumatdır.Harun Yəhyanın yeni “icad”ıdır 🙂 Bu insan “təki cavab olsun”,”kor tutduğunu buraxmaz” məntiqi ilə hərəkət edir.İslamı yalnış məlumatlarla parçalayır desək yanılmarıq..Niyə buqədər əminliklə deyirəm ?! Çünki adı çəkilən ayələrdə şirin və duzlu sulardan bəhs edirlir.Ancaq bunların hər ikisi duzludur.Ola bilər az qarışsın bir birindən fərqlənsin.Amma iş orasındadır ki qarışma baş verir.Və hər ikisi duzludur.Elə bu səbəbdən Cəbəllütariq boğazının üstündən xətt çəkirik.Camaatı yalnış məlumatlarla aldadırlar.Bir şəkil vəya video yükləyir deyir ki “bax iki dəniz bir birindən ayrıdır.iki fərqli rəngdə,özüdə Cəbəllütariq boğazında”.Nə oldu hamısını yükləyirlər Cəbəllütariq boğazına.Kapitan Cousteau da adı çəkilir xüsusilə.Ateisltlər müsəlman olduğu iddia edilən kapitanın rəsmi sənədlə katolik kimi dəfn edildiyini deyirlər.Bu təbii ki belə olacaq.Ailəsi katolik olan şəxs müsəlman kimi dəfn ediləsi deyil ki….Hə qalmışdıq Cəbəllütariq boğazında.Onu deyim ki ilk əvvəl maraqlı kimi görünən cazibəli fikirlərə inanmayın.Çünki əksəri yalan olur.Məsələn çox şəkillər paylaşırlar ki baxın iki dəniz qarışmır.Bəzi şəkillər Meksikada “ölü zonada” çəkilib paylaşılır..İslam ağıl məntiq dinidir.Fikirləşin biraz araşdırma edin.İnternet əlinizin altındadır ki.Tək möcüzə ilə dinə inanan kəsə day bilmirəm nə ad verim
Ancaq Altda gördüyünüz şəkildəki təbiət hadisəsi hansı ki Cəbəllütariq boğazında “iki dənizin qarışmaması” kimi göstərilir,Alyaskada baş verir.Alyaska körfəzində.Dağdan gələn şirin su ilə körfəzin qarşılaşdığı ərazidir.Bu saytda bu şəkli çəkən şəxs bir neçə mənbə ilə hər şeyi izah və təstiq edir: http://www.flickr.com/photos/kentsmith9/6602530369/in/photostream/

2013-07-07_004209

İndi keçim İslam alimlərinin fikirlərinə:

Davamını Oxu

Daha çox

Din Nədir ? [Mükəmməl izah]

Bir şərh yazın

Biz dini düz anlamışıqmı kı onu inkar edirik ?!