Qərara aldım ki,bundan sonra blogda bəzi filmləri təhlil edək.Çünki film vasitəsilə adam fikrini daha rahat çatdıra bilir.Necə ki,bəzən öz fikrivi aydın bildirmək istəyərkən bəzi atalar sözü,məsəllərdən istifadə edirsən,mən də fikirləşdim ki belə daha maraqlı,daha münasib olacaq..İlk seçdiyim film bir çoxlarının bəyəndiyi aktyor AamirKhan`ın baş rolda oynadığı P.K. filmidir.Bu filmin də rejissoru elə 3 İdiot filmindən tanıdığımız Rajkumar Hirani’dir.Filmləri həqiqətən uğurlu və ibrətamizdir.Bu filmdə də bu adam cəmiyyətə filmin dili ilə mesaj vermək istəmişdir.Bu yazını həmdə blogda ən son yazı olan “İnsan niyə inanmaq istər”in davamı kimi də düşündüm.Fikirləşirəm ki bu filmi hamı izləməlidir.

f6b5c5e2d2e5ad3b3e8a8724051e8a8d

Bilirsiz ki,bütün dövlərdə olduğu kimi elə son zamanlar da inanc sistemi üzərinə dini qruplar insanları istismar edir.İnsanın beyni o qədər yuyulur ki,hətta ona diktə olunanları özü könüllü surətdə icra edir.Əgər dinlər haqqında bilginiz yoxdursa,onda nəyə inanacağınızı haradan biləcəksiz?Əlbəttə ki,dindən imandan danışıb dini sizə başa salmağa çalışan biri çıxacaq qabağınıza.Amma bunun fərqindəmisiniz ki,bu dini sizə çatdırmaq istəyənlər həqiqətdə olanımı sizə çatdırır yoxsa olmasını istədiklərinimi?!

Film ilk çıxdığı gündən etibarən bir çox dinin cəm olduğu ölkə olan Hisdistanda böyük səs-küyə səbəb olmuşdu..Çünki filmdə bəzi saxtakar “dinbaz”ların kinayəli şəkildə tənqidi filmin əsas sujet xətti idi..Bu da təbii ki bir çox insanda qıcık yarat(malı)dı..Ancaq film heç bir dini nə aşağılamaq,nə də hansınısa qabartmaq niyyətiylə çəkilmiyib…Viziona çıxmazdan öncə filmin bəzi posterləri və treylerini izləyən kütlə AamirKhan`nın bu filmdə hansısa sərxoş adamı canlandıracağını düşünürdülər 🙂 Çünki Filmin vizion tarixi açıqlananda adı Peekay olaraq qeyd edilmişdi.Bu söz hindistanda sərxoş adamlara deyilən ifadədi..”Peena” içmək mənasındadır.Çoxları bu zənndə olarkən AamirKhan kimi ibrətamiz filmlər çəkən müsəlman aktyora belə bir rol yaraşdırmırdılar..Amma xəbərləri yox idi ki,AamirKhan hansısa yad planetdən gələn bir varlıq rolunu ifa edəcək.Filmin ayrı ayrı hissələrini təhlil etməzdən öncə filmi izləməyənlər üçün filmin mövzusunu ümumi olaraq şərh edək.Deməli bu film başqa planetdən gəlib şəhərdə özgə olan şəxsin düşüncələrinin komediyasıdır.P.K. heç kimin soruşmadığı suallları soruşur,heç kimin diqqət eləmədiyi elementar mövzulara dəyir.Bu ritorik suallar qarşısında insanlar öz monoton həyat tərzlərini gözdən keçirirlər.Peekay`ın bu uşaq kimi verdiyi sualları özü ilə yanaşı bir çoxlarını mənəvi bir “səfərə” çıxarır.Filmdə belə deyərləsə bəsit fəlsəfi fikirlərlə yanaşı izləyicini yormamaq üçün zövq oxşayan hind musiqiləri,hər filmdə olan danslar(hətta arabaların da dansı 😀 ),aşiq-məşuq,gülməli səhnələr yer alıb…Bundan sonrasını filmə baxmayan xahiş edirəm oxumasın..Baxandan sonra daha maraqlı gələcək əvvəlcədən deyim..İndi keçək başdan sona filmin ayrı-ayrı hissələrinin bizim real həyatda oxşar təhlillərinə…

Ardını oxu… Daha çox